Şimali Koreya növbəti raketi sınaqdan keçirməyə hazırlaşır

Şimali Koreyanın dövlətə məxsus mediasının verdiyi məlumata əsasən Kim Conq Un qısa müddətdə nüvə başlığı daşıya biləcək balistik raketin sınaqdan keçirməsi haqda göstəriş verib.

Koreya Mərkəzi Xəbər agentliyi bildirir ki, Kim ballistik raketin atmosferə yenidən daxil olmasının müvvəffəq simulasiyasını izlədikdən sonra bu qərarı verib.

Xəbər agentliyinin bildirdiyinə görə Kim Şimali Koreyanın nüvə qabiliyyətinin artırılması məqsədilə nüvə proqramının genişləndirilməsini istəyir.

Sınaqlar həyata keçirilsə, bu, BMT-nin bu ay Təhlükəsizlik Şurasında təsdiq edilmiş yeni raund sanksiyalar da daxil olmaqla Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaların pozulması demək olacaq.