Şimali Koreya uğursuz raket sınağı həyata keçirib

Birləşmiş Ştatlar və Cənubi Koreya Şimali Koreyanın çərşənbə günü keçirdiyi raket sınağının uğursuz nəticələndiyini deyir.

ABŞ-ın Sakit Okeanı Komandanlığının sözçüsü deyib ki, raket ölkənin şərqində yerləşən Kalma yarımadasından havaya buraxılandan bir neçə saniyə sonra partlayıb.

Nə ABŞ, nə də Cənubi Koreya hansı raketin sınaqdan keçirldiiyi ilə bağlı məlumat verməyib və hələ ki, raket sınağını təhlil etməyə davam edir.

Bu ayın əvvəli ABŞ və Cənubi Koreyanın hər il birgə keçirdiyi hərbi təlimlərə cavab olaraq Şimali Koreya Yaponiya yaxınlığında dənizə dörd balistik raket atıb. Şimali Koreya bu hərbi təlimləri müharibəyə hazırlıq hesab edir.

Pentaqonun bildirdiyinə görə, həmin raketlərdən üçü min kilometr uçub və Yaponiya sularına düşüb. ABŞ rəsmiləri onların ortamənzilli raketlər olduğunu və Şimali Koreyaya təhlükə törətmədiyini deyib.