Şimali Koreya lideri Kim Conq Un xəbərdarlıq edərək bildirib ki, Pxenyan “ABŞ-ın başlatdığı hər hansı müharibədə döyüşə hazırdır”. O, bu sözləri hakim İşçi Partiyasının 70 illiyi qeyd etmək üçün keçirilən hərbi parada başçılıq edərkən deyib.
Dövlət televiziyası sıx formatda qaz yerişi gedən əsgərlərin Pxenyanın Kim İl Sunq meydanı boyunca yürüşünü, yüksək vəzifəli şəxslərlə əhatə olunan Şimali Koreya liderinin podiumdan onlara baxdığını göstərib.
Mərasimə çox az sayda xarici qonaq qatılıb. Onlardan biri Çin rəsmisi Liu Yunşan olub və o, bütün parad zamanı Kimin yanında olub. Çinin 5-ci dərəcəli lideri olan Liu Pxenyanda əhatəli danışıqlar da keçirir.
Ərazidən keçən güclü qasırğa səbəbilə parad bir neçə saat gec başlamalı olub.
Gecə yarısı isə Kim ildönümü mərhum atası və babasını yad edərək qeyd edib. Onların cəsədi paytaxtdakı Kumsasan Sarayında nümayiş üçün saxlanılır.