Şimali Koreya ABŞ-la hər cür müharibəyə hazırdır

Your browser doesn’t support HTML5

Bazar ertəsi BMT-də şimali koreyalı diplomat Şimali Koreyanın ABŞ təfərindən hücuma məruz qaldığı təqdirdə Pxenyanın balistik və nüvə raketləri daxil olmaqla çox sərt cavab tədbirləri görəcəyini deyib. Bundan öncə isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyada müxbirlərə deyib ki, bazar günü Şimali Koreya beynəlxalq qanunu pozaraq raket sınağı həyata keçirməsi ilə “strateji dözümlük dövrü başa çatdı”.