Bazar günü Cənubi Koreya mediasında yer alan məlumata görə, şimali koreyalı diplomat keçmiş ABŞ diplomatları ilə görüşmək üçün Finlandiyaya yola düşüb. Bu, Şimali Koreyanın nümayəndə heyəti isveçli diplomatlarla üç günlük danışıqları başa çatdırmasından sonraya təsadüf edir. Həmin danışıqlar zamanı onlar ABŞ prezident Donald Tramp ilə Şimali Koreya lideri Kim Conq Unun mümkün görüşünə gətirib çıxara bilər.
Yonhap xəbər agentliyi, Şimali Koreyanın Şimali Amerika məsələləri üzrə baş direktorun müavini Ço Kanq İlin Pekin Beynəlxalq Hava Limanında Finlandiyaya doğru istiqmət edən təyyarəyə minərkən görülüb.
Diplomatik mənbələrə əsasən, ABŞ-ın Cənubi Koreyadakı sabiq səfiri Katlin Stefensin Ço ilə görüşən keçmiş ABŞ diplomatlarından biri olacaq. Şimali Koreya rəsmisinin də Seuldan gələn təhlükəsizlik ekspertəri ilə görüşəcəyi gözlənilir
Yonhapın bildirdiyinə görə, Finlandiyada keçirilən danışıqlar zamanı Korea Yarımadasının nüvəsizləşdirilməsi, aprel ayına nəzərdə tutulan Koreyalararası sammit və may ayına nəzərdə tutulan ABŞ-Şimali Koreya sammiti ilə bağlı fikir mübadiləsi aparılacaq.
İsveçdə danışıqlar
Cümə günü İsveçin BMT-dəki nümayəndəsi Olof Skooq deyib ki, onun ölkəsi danışıqlara üv sahibliyi edərək Koreya yarımadasındaki gərginliyi azaltmağa çalışıb. İsveç Pxenyanda səfirliyi olan çox az sayda Qərb ölkələrindən biridir. Səfirlik təkcə İsveç deyil, həm də ABŞ, Kanada və Avstraliya vətəndaşlarına xidmət edir.
“Yarımadakı vəziyyət dünya gəndimindəki ən əsas məsələlərdən biridir. Bizim məqsədimiz oradaki gərginliyə son qoymaqdır,” deyə Skoq Nyu Yorkda müxbirlərə bildirib.
Cümə Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho və İsveçin baş naziri Stefan Lofven qısa bir görüş keçirib, amma Skoq və Lofvenin sözçüsü iki rəsminin nə müzakirə etdiklərini açıqlamayacaqlarını bildirib.
Skoq İsveçin ABŞ və Şimali Koreya liderləri arasında görüşə ev sahibliyi edib-etməyəcəyinə dair suala cavab verməkdən imtina edib.
Nüvəsizləşdirilmə diqqət mərkəzində
Ri vaxtının böyük hissəsini İsveçin xarici işlər naziri Marqo Uolstromla keçirib. Danışıqların yekununda İsveçin Xarici İşlər Nazirliyi Uolstromun Şimali Koreya rəsmisinə “Şimali Koreyanın BMT Təhlükısizlik Şurasının bir neçə qətnaməsinə uyğun olaraq nüvə silahları və raket proqramlarını ləğv etməsinin” vacibliyini vurğuladığını bildirib.
Bəyanatda həmçinin iki rəsminin “davamlı diplomatik səylərin irəli sürdüyü imkan və çətinlikləri” müzakirə etdikləri qeyd olunub.
ABŞ prezidenti Donald Tram may ayının sonunadək Pxenyanın nüvə proqramını müzakirə etmək üçün Şimali Koreya lideri Kim Conq Unla görüşmək planını bir daha təsdiq edib. Cənubi Koreya prezidenit Mun Cae-inlə telefon danışığı zamanı Tramp son zamanlarda Şimali Koreya ilə əldə olunan diplomatik irəliləyişlərdə bağlı “ehiyatlı nikbinliyini” ifadə edib.