Amansız küləklərlə daşqın sularının evlərə, iş yerlərinə və infrastruktura ciddi zərər vurması, geniş əraziyə yayılmış dağıntıların təmirinin kifayət qədər bahalı olması ilə nəticələnib.
Zərərin yoxlanılması şəhər müfəttişlərinin və sığorta şirkətinin nümayəndələrinin işi olsa da, bunu etmək üçün xeyli vaxt tələb olunur.
Airbus Aerial bildirir ki, peyklər vasitəsilə fırtınadan əvvəlki və sonrakı vəziyyəti göstərən fotoşəkillər sayəsində bu prosesi sürətləndirmək mümkündür. Şirkət rəhbərləri qısa vaxtda daha çox məlumat toplamağın sığorta şirkətlərinə faydalı olacağını düşünür.
Əvvəlki şəkillərdə gözəl məhəllələr görüldüyü halda, fırtınadan sonrakı fotolarda dağıntıların dərəcəsini görmək mümkündür.
Kristina Tomazettinin bildirdiyinə görə, USAA sığorta şirkəti artıq ciddi zərər dəymiş ərazilər üçün quşbaxışı fotoqrafiyasından istifadə edir.
Prosesin sürətli baş verməsi həm ev sahibləri, həm də sığorta şirkətləri üçün pula qənaət deməkdir.
İnşaatçılar deyirlər ki, tikinti işləri və təlabat çoxaldıqca təchizat xərcləri də sürətlə artır. Hətta qasırğadan əvvəl belə ABŞ-da kifayət qədər ixtisaslı inşaatçı tapmaq çətin olduğu üçün yenidənqurma işlərinin çətin olacağı düşünülür.