İlk Starbucks kafesi 1971-ci ildə Vaşinqton ştatının Sietl şəhərində açılıb və artıq bəlkə də, dünyanın ən böyük amerikan qəhvə şirkətinə çevrilib. Lakin Starbucks Sietl-ın yeganə kofeşopu deyil. Yerli əhali individual yanaşma və eksperimentlər, eləcə də şəhərdəki kiçik qəhvə barlarına sevgilərini itirməyib.
Düşünürəm ki, Birləşmiş Ştatlarda daha da çox insan imkanları çərçivəsində pullarını dəyərləri ilə üst-üstə düşən yerlərə investisiya edir.Pipo Bui
“Ləng” adlandırılan bu barda bir finca qəhvə hazırlamaq 5 ilə 15 dəqiqə arasında bir vaxt aparır. Qəhvə bişirməyin ən köhnə üsullarından birində vakuumlu qəhvədandan istifadə edilir. Vakkumlu qəhvədan sifon kimi fəaliyyət göstərir. Belə ki, aşağı hissədəki suyu qızdırıb, soyudmaq suyun buxarlaşma təzyiqini dəyişir və ilk olaraq su qəhvədanın yuxarı hissəsinə itələnir, daha sonra isə aşağı hissəyə tökülür.
“Sonda iki filtrdən keçmiş bir fincan təmiz qəhvə əldə edirsiniz. Qəhvə çox şəffaf olur və içində heç bir yağ ya da çöküntü olmur. Qəhvədə meyvədəki kimi real şirinlik və turşuluq olur”- deyə, Seattle Coffee Works kafesinin baristası Ceyk Donai bildirir.
Ləng qəhvənin qiyməti 12 dollardır. Amma burada bu qəhvə dəbdəbəlik deyil, həyat tərzidir.
“Əmin deyiləm, bəlkə də ilin doqquz ayı yağış yağdığı və hava qaranlıq olduğu üçün, insana enerji verəcək nə isə lazımdır. Əks təqdirdə, bütün günü yorğun olursan. Mən çox qəhvə içirəm, bəlkə də gündə 4-5 fincan”– Ceyk Donai bildirir.
Qəhvəyə diqqətli yanaşma qəhvə sənayesinə yeni oyunçuları cəlb edib. Məsələn, Sietldakı bu kafenin sahibləri buranı tarix və antropologiya üzrə doktoranturanı bitirəndən sonra açmaq qərarına gəlib. Pipo Bui düşünür ki, Birləşmiş Ştatlarda pis qəhvə stereotipləri azalıb və yaxında mənbəsini düşünmədən tez bişirilən kağız stəkanda qəhvə alıb içmək vərdişi yox olacaq.
“Düşünürəm ki, Birləşmiş Ştatlarda daha da çox insan imkanları çərçivəsində pullarını dəyərləri ilə üst-üstə düşən yerlərə investisiya edir”, SeattleCoffee Works-un sahibi Pipo Bui deyir.
Bui və onun həyat yoldaşı yeni qəhvə mədəniyyətini aşılamağa yardım etmək üçün bütün baristalarını Cənubi Amerikada kiçik fermalara göndərir ki, onlar qəhvənin necə yetişib, toplandığını görsünlər.
Sietlda bir çox kofeşop sahibi onlarla razılaşır və ərazidə baş verən qəhvə inqilabının nəticələrinin dəyərli olduğunu düşünür.