Nyu-Yorkun Ştayner studiyaları [Video]

Your browser doesn’t support HTML5

Amerikanın çox sayda televiziya serialları Nyu-York şəhərinin damlarında çəkilir. Bu əyləncə sənayesi son 4 ildə 8,7 milyard dollar gətirib ki, bu da ölkə iqtisadiyyatını 21 faiz artırıb. Studiyaların artması həm də iş yerlərinin artması deməkdir.

Ştayner şərq sahillərində film və TV verilişləri hazırlayan ən böyük şirkətdir. Nyu-Yorkda 49 televiziya və kabel studiyası fəaliyyət göstərir ki, bunlardan 16-sı Ştaynerə məxsusdur. Onların arasında “Blue Bloods”, “Empire” və “Madam Secretary” kimi məşhur seriallar yer alır.

Bələdiyyə idarəsinin ”Media və Əyləncə” şöbəsindən Luis Kastro: “Televiziya sürətlə inkişaf edir. Bu, ssenaridən asılıdır. Bundan əlavə biz kabel şəbəkəsi, rəqəmsal platformalar və ssenarilər üçün yeni maddi yardım almışıq. Bu isə televiziyanın qarşısına yeni tələblər qoyur.”

Vaxtilə özünün işini başlamaq üçün Hərbi Dəniz Donanmasına məxsus ərazini kirayə götürən 55 yaşlı Duq Şteynerin hazırda 28 min kv-metr ərazisi var. Bundan əlavə onun eyni ölçülü sahəsində də tikinti işləri gedir. O, hökumətdən və şəhərdən maddi yardım alır.

“Biz televiziya və filmlər üçün vergi kreditləri sahəsində birinci olduq. İnfraskruktur və heyət bazası burada yerləşdiyi üçün öz xərclərini qarşılayır. Birbaşa və dolayı yollarla bu sahədə nəhəng iş bazası yaradılıb. İndiyədək 85 min yeni iş yeri açılıb. Bu təqribən 8,5 milyard dollarlıq iqtisadi fəaliyyətdir.

Şteyner haqlıdırsa və şəhərdə bunun üçün proqramlar varsa, Luis Kastro bunun Nyu-York üçün böyük işlər demək olduğunu deyir. “Bu, iş yerləri deməkdir, orta sinfin rifahının və nyu-yorkluların maaşların yaxşılaşması deməkdir. İstər ssenari müəllifliyi, Istər rejissor köməkçisi, istərsə də dekorator, bu, yaxşı imkan deməkdir.”

Hərbi Dəniz Donanması 1800-cü illərdə, Tomas Ceffersonun prezidentliyi dönəmində yaradılıb və o dövrün xalqa xidmət edən gəmiləri elə burada hazırlanıb. Hazırda isə burada xalqı əyləndirən gözəl hekayələr çəkilir.