Dünya qəzetləri ABŞ və onun müttəfiqlərinə başağrısı yaradıb

Dünya qəzetləri ABŞ və onun müttəfiqlərinə başağrısı yaradıb

Bütün dünya paytaxtlarında səhər qəzetləri ABŞ və onun müttəfiqlərinə başağrısı yaradıb. Açıqlanan sənədlər rüsvayçı, bəzi hallarda isə ziyanverici xarakter daşıyır. Sənədlərdə İtaliyanın baş naziri Silvio Berluskoni qeyri-effektiv, özündən razı adam kimi təsvir olunur. Liviya lideri Müəmmər Qəzzafinin kök ukraynalı tibb bacısı ilə daim müşayiət olunduğu vurğulanır. Belə məlum olur ki, bir neçə ərəb ölkəsi ABŞ-a İranın nüvə proqramının qarşısını almaq üçün hücum etmək yönümündə təzyiq göstəriblər. Başqa teleqramlar ABŞ-ın Yəməndə hava zərbələri həyata keçirdiyini aydın edir.