Makkeyla Maroni seksual təcavüzə məruz qaldığını açıqlayıb

Bədii gimnastika üzrə bir neçə dəfə qızıl medal qalibi olan Makkeyla Maroni seksual təcavüzə məruz qaldığını açıqlayıb.

21 yaşlı idmançı Harvi Veynsteyn qalmaqalından sonra seksual təcavüzə məruz qalan qadınları susmamağa çağıran “Mən də” adlı hərəkatdan ilhamlanıb.

Makkeyla deyib ki, həkim Larri Nassar 13 yaşından ötən il gimastikanı tərk edənədək Makeylanı dinc buraxmayıb.

Nassar iyulda uşaq pornoqrafiyaları saxladığına görə həbs edilib və hazırda Miçiqan ştatının həbsxanasında saxlanılır. Və indi o, 125-dən çox qadın tərəfindən məhkəməyə verilməsindən başqa digər bir cinayət işinə görə məhkəməsini gözləyir.

Makkeyla iddia edir ki, Nassar ilk dəfə ona Texas ştatında, Milli Komandanın təlim düşərgəsində təcavüz edib. O zaman Makkeylanın 13 yaşı var idi. Onun dediyinə görə Nassar nə vaxt, harada imkan tapırdısa, ona əl atırdı. Və ən pisi 2011-ci ildə dünya Gimnastika Çempionatında baş verib.

O zaman təyyarə ilə Tokioya uçuş zamanı həkim Nassar ona yuxu dərmanı verib. Və o, Nassarın otel otağına çatanadək ayıla bilməyib. Nassarın otel otağında onlar tək olub və Makkeyla ayıldıqda Nassarın ona təcavüz etdiyini aşkar edib.

Makkeyla hər kəsə müracət edərək, bu kimi təcavüzlərə məruz qalan qızları susmamağa çağırıb və bunun üçün heç vaxt gec olmadığını deyib.