Şahzadə və aktrisa Qreys Kelli

Bu günkü verlişimizdə aktrisa və şahzadə Qreys Kelli haqda danışacağıq.

Hər bir gənc qızdan böyüyəndə kim olmaq istədiyini soruşsan, cavablar arasında çox güman ki, ya kino ulduz, ya da şahzadə qız olmaq istəyi olacaq.

Amma heç bir qızın bunların hər ikisini arzulamağa belə cəsarəti çatmaz. Qreys Kelli isə bu arzuların ikisini də reallaşdırıb.

Your browser doesn’t support HTML5

Şahzadə və aktrisa Qreys Kelli

52 yaşında faciəvi ölümünədək Qreys Kelli əsl nağıllarda olduğu kimi bir ömür yaşayıb.

Qreys Kelli 1929-cu ilin noyabrında görkəmli və zəngin Filadelfiya ailəsində dünyaya göz açır və olduqca nüfuzlu Ravenhill Akademiyasında təhsil alır.

Təbii gözəlliyi onun erkən yaşlarında model işləməsinə səbəb olur. Nyu-Yorkda Amerika Dramatik İncəsənət Akademiyasında öyrəndiklərini o, Broadway teatrında praktikadan keçirir.

Hollivudun ona diqqət yetirməsi çox zaman almır və 22 yaşında Qreys Kelli məşhur amerikalı aktyoru Qari Kuperlə yanaşı o zaman olduqca çox sevilən “High Noon” adlı vestern janrlı filmdə rol alır.

Bundan sonra, Klark Qeyblla birgə çəkildiyi “Mogambo”, Binq Krosbi ilə birgə iştirak etdiyi “Country Girl”, Rey Milliandla birgə çəkildiyi Alfred Hitçkokun “Dial ‘M’ for Murder” filmləri Qreys Kellinin film sənayesində uğur əldə etməsinə və Ən Yaxşı Aktrisa mükafatının nominantı və qalibi olmasına gətirib çıxarır.

Metro Goldwyn Mayer studiosunun istehsal etdiyi və kral ailəsində məhəbbət ilişkilərindən bəhs edən “Qu quşu” filmi əslində Qreyslə şahzadə Reyniyer 3-cünün münasibətlərinə işarə edirdi. O, zaman onlar arasındakı münasibət hələ ictimailəşməmişdi.

Qreysin çəkildiyi sonuncu, “Kübar Cəmiyyət” filmi “Filadelfiya Hekayəsi” filminin musiqili variant idi. Bu filmdə o, füsünkar amma amiranə “Buz Kraliçası” Treysi Lord rolunun öhdəsindən məharətlə gəlir.

Qreys şahzadə Reynierlə 1955-ci ildə Kan Film Festivalında tanış olur. Onlar məktublaşmağa başlayır və bir il müddətində Reyniyer Qreysə evlilik təklifi edir.

Qresy Kelli “Evlənmə təklifinə razılaşma hər bir qız üçün həyəcanlı və məsuliyyətli məqamdır. Əlahəzrətə ərə getməklə mən monakolu olacağam, amma mən Amerika vətəndaşlığımı saxlayacağam.”

Reyniyerin təklifini qəbul etməklə Qreys ailə üzvləri və dostlarından ibarət böyük bir qrupla Nyu-Yorkdan S.S. Constitution adlı sərnişin gəmisi ilə Fransa Riviyera sahilinə yola düşür.

Minlərlə insan onu yola salır və 32 min sakini olan Monako krallığının küçələrinə toplaşan təxminən 20 min insan şahzadəni yeni evində salamlayır.

Toy mərasimi iki hissədən ibarət olur. Əvvəl 40 dəqiqəlik təntənəli mərasim keçirilir, növbəti gün isə Nikolas Kafedralında nigah bağlanır.

Qreysin gəlin paltarını Oskar mükafatı qalibi, dizayner Helen Roz hazırlayır.

Cütlük toydan sonra Birləşmiş Ştatlara səfər edir və 1957-ci ilin yanvarında, toylarından doqquz ay dörd gün sonra Qreys ilk övlandları şahzadə Karolini dünyaya gətirir. Bundan sonra onların növbəti övladları, Monako krallığının hazırkı kralı Albert 1958-ci ilin mart ayınd dünyaya gəlir. 1965-ci ilin fevralında isə ailənin sonuncu usağı, şahzədə qız Stefani olur.

Qreys asanlıqla kral ailəsinin üzvü olur. Mavi ekrana qayıtmağı bir neçə dəfə nəzərdən keçirməsinə baxmayaraq, şahzadə Reyniyer bu ideyanın əleyhinə çıxır və hətta onun filmlərinin Monakoda nümayiş etdirilməsinə qadağa qoyur.

Uzun müddət hər kəs tərəfindən sevilən şahzadə 1982-ci ilin sentyabrında qəflətən vəfat edir. Avtomobilini idarə edərkən iflic olan şahzadə sükanı saxlaya bilmir. Avtomobil yoldan çıxır və 30 metr hündürlükdə qayadan aşır.

Avtomobildə olan yeganə sərnişin şahzadə Stefani yüngül xəsarət alır və az sonra onun səhhəti tamamilə yaxşılaşır.

Qreys Müqəddəs Nikolas Kafedralının ailə qəbirstanlığnda dəfn edilir. 23 il sonra, dünyasını dəyişən 81 yaşlı şahzadə Reyniyer Qreysin yanında dəfn edilir.