Amerikanın səsinin eksperti Məhəmməd Əl-Şinnavi Ərəb inqilabları haqda (2-ci hissə)

Amerikanın səsinin eksperti Məhəmməd Əl-Şinnavi Ərəb inqilabları haqda (2-ci hissə)

http://www.youtube.com/embed/d0VhboA9QkE

Müsahibim Yaxın Şərq üzrə ekspert Məhəmməd Əl-Şinnavidir.

Sual: Hər bir cəmiyyətdə demokratik idarə-etməyə uyğunlaşma prosesi özünəməxsus şəkildə gedir. Bu prosesləri Yaxın Şərq və Şimali Afrikada necə təsəvvür edirsiniz?

Cavab: Bir neçə mərhələ keçilməlidir. İlk olaraq avtoritar rejimin demokratik idarə-etmə ilə əvəz edilməsi üçün demokratik təsisatlar qurulmalıdır. Ona görə də sivil cəmiyyət quruluculuğu bir nömrəli prioritet olacaq. Demokratiyaya keçid təkcə dövlətdən asılı olmamalıdır. Hər bir ölkə vətəndaşının ictimayyətdə sənaye və kənd təsərrüfatından tutmuş, təhsil və başqa sahələrdə iştirakı mühümdür.

İkincisi, siyasi partiyalar adi insanların maraqlarına xidmət edəcək işlər görmək üçün səfərbər olmalıdır. Lakin insanlara seçim vermək üçün tək bir hakim partiya deyil, bir neçə partiya mövcud olmalıdır.

Amerikanın səsinin eksperti Məhəmməd Əl-Şinnavi Ərəb inqilabları haqda (2-ci hissə)

Üçüncüsü, gənc nəsil facebook və internet vasitəsi ilə fikirlərini bölüşməkdə xüsusilə fəal olmalıdırlar. Onlar artıq əvvəlki kimi qapalı cəmiyyətdə yaşamır. İndi insanlar qərb və ya demokratik cəmiyyətdə baş verənləri görür və bunları öz mədəniyyətlərinə uyğunlaşdırmaq üşün bəzi dəyişikliklər edərək, yaşadıqları cəmiyyətlərdə tətbiq etmək istəyirlər.

Sual: Sizcə, inqilab baş vermiş ölkələrdə vətəndaş cəmiyyəti və təsirli demokratik təsisatlar yaratmaq nə qədər vaxt aparacaq?

Cavab: Bu, ölkədən ölkəyə fərqlidir. Ona görə ki, Misirdə minlərlə vətəndaş cəmiyyəti təşkilatları və təsisatlar mövcuddur. Lakin bu təşkilatlar və təsisatların effektiv fəaliyyət göstərə bilməsi hakim partiyalar tərəfindən məhdudlaşdırlımışdır. Bu məhdudiyyətlər aradan qalxmalıdır.

Liviya kimi bağlı cəmiyyətə gəldikdə isə demokratiya quruculuğuna burada sıfırdan başlanmalıdır. Ona görə ki, təhsilin aşağı səviyyəsi və xidmət sahələrinin köhnə olması ilə yanaşı, Liviya lideri demokratik təsisatlar və vətəndaş cəmiyyətinin yaradılması üçün heç nə etməyib.

Suriyada əvvəl də, indi də vətəndaş cəmiyyətinin inkişafının qarşısını alan nəzarət sistemi tətbiq edilməkdədir. Düşünürəm ki, Misirdə iki il ərzində demokratiyaya keçid hiss olunacaq. Liviyada bu keçidin baş verməsi beş il sürə bilər. Suriyada isə bu proses hakim partiyanı devirsələr üç və ya beş il çəkəcək.

http://www.youtube.com/embed/zO2ZOM0rd8s