Şimali Koreya bildirib ki, Birləşmiş Ştatlarda sülh müqaviləsi və Vaşinqtonla Seul arasında birgə hərbi təlimlərə son qoyulması müqabilində nüvə sınaqlarını dayandıracaq.
Şimali Koreyanın dövlətə məxsus mediasında açıqlanan təklif Pxenyanın Birləşmiş Ştatlar, eləcə də Cənubi Koreya tərəfindən rədd edilən əvvəlki təklfləri ilə eynidir.
"Bizim nüvə sınaqlarına son qoymaq və ABŞ-ın hərbi təlimlərini dayandırması müqabilində sülh müqaviləsinin yekunlaşdırılması da daxil olmaqla, yarımadada və Şimal-Şərqi Asiyada sülh və təhlükəsizliyintəmin olunması üçün bütün təkliflər hələ də qüvvədir"-deyə rəsmi Pxenyanın dövlət KRT televiziyasının açıqladığı məktubda deyilir.
ABŞ-nı reaksiyası
Dövlət Departamentinin sözçüsü Con Körbi təkliflə bağlı sualı cavabında belə bir təklif haqda heç bir şey eşitmədiyini deyib.
"Baxın, biz Koreya Respublikası ilə müttəfiqlik barədə öhdəliklərə çox ciddi, olduqca ciddi yanaşırıq və biz alyansın Cənubi Koreya xalqının müdafiəsi və yarımadanın təhlükəsizliyi üçün bütün əməliyyatlara hazırlığını təmin etməyə davam edəcəyik"-deyə Con Körbi bildirib.
Şimali Koreyanın keçən həftə dördüncü nüvə sınağını keçirməsi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanıb və Koreya yarımadasında gərginliyin artmasına gətirib çıxarıb.
Test şənbə günü Seulda ABŞ Müdafiə nazirinin müavini Entoni Blinken və Cənubi Koreyanın Xarici İşlər nazirinin müavini Lim Sunq-nam arasında görüşün diqqət mərkəzində olub.
"Biz böyük sınaq qarşısındayıq, amma biz bununla birlikdə, həmrəylikləüz-üzəyik və Birləşmiş Ştatlar və Cənubi Koreya arasında tərəfdaşlıqdan məmnunluq duyuruq"-deyə Blinken bildirib.
ABŞ Konqresi bu həftə Pxenyan hökumətinə qarşı daha ciddi sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib.