Şimali Koreyada üç yüksək rütbəli hərbi liderin əvəzləndiyi bildirilir

Cənubi Koreyanın Yonhap xəbər agentliyi Şimali Koreyanın üç yüksək rütbəli hərbi liderinin əvəzləndiyini bildirir.

Cənubi Koreya kəşfiyyat idarəsindəki təqdim edilməyən mənbəyə əsasən verilən məlumatda No Kvanq Çol müdafiə naziri vəzifəsində Pak Yonq Siki, Ri Yonq Gil Koreya Xalq Ordusunun baş qərargah rəisi vəzifəsində Ri Myonq Suyu və ordu generalı Kim Su Gil Koreya Xalq Oldusunun Baş Siyasi Bürosunun vəzifəsində Kim Conq Qakı əvəz edib.

Kəşfiyyat idarəsindəki mənbə Yonhap xəbər agentliyinə bildirib ki, yeni təyinatlar Cənubi Koreya ilə Birləşmiş Ştatların münasibətlərdə yeni yumşalma səyləri çərçivəsində həyata keçirilib. Mənbə dəyişikliklərin səbəbinin əvəz edilən vəzifə sahiblərinin “düşüncələrində çevikliyinə” malik olmadığı ilə izah edildiyini bildirir.

Əlavə edilir ki, bu dəyişikliklərin səbəbi ölkənin lideri Kim Conq Un və ABŞ prezidenti Donald Trampın 12 iyun tarixində Sinqapurda keçiriləcək zirvə toplantısı zamanı əldə ediləcək potensial nüvəsizləşdirmə sazişi ərəfəsində hərbi rəhbərliyin ortaq fikrə malik olmasını təmin edilməsidir.

Digər bir mənbə yeni təyinatları nəsil dəyişiklikləri ilə bağlı ola biləcəyini bildirir.