Almaniya və ABŞ Şimal Axını-2-ni Vaşinqtonda müzakirə edir

Almaniya Xarici İşlər naziri Heyko Maas iyunun 1-də jurnalistlərə verdiyi açıqlamada Şimal Axını-2 qaz kəməri ilə əlaqədar mübahisəni həlli məqsədi ilə Almaniya ilə ABŞ arasında danışıqlar aparır.

"Bildiyiniz kimi, hazırda Almaniya hökuməti ilə Vaşinqton rəhbərliyi arasında danışıqlar aparılır" deyən Maas Almaniyanın ABŞ-la razılığa gəlmək marağında olduğunu bildirib.

"Bu, Vaşinqtonda keçiriləcək danışıqların mövzusu olacaq. Əminəm ki, bir yol tapmağı bacaracağıq, baxmayaraq ki, bu, asan olmayacaq və tez bir zamanda baş tutmaya bilər" - deyə, Maas daha ətraflı məlumat vermədən bildirib.

İnsaşı təxminən 95% tamamlanan və sentyabr ayına qədər bitəcək boru kəməri ABŞ-ın sabiq prezidenti Donald Trampın rəhbərliyi dövründə Berlin ilə Vaşinqton arasında siyasi mübahisələrin mərkəzində olmuşdu. Yanvar ayında vəzifəyə gəldikdən sonra ABŞ Prezidenti Co Bayden sələfi dövründə Avropa ilə soyuyan münasibətləri yaxşılaşdırmağa çalışır.

Almaniyanın Funke Media Group-u mayın 31-də Almaniya kansleri Angela Merkelin iyunun ortalarında Baydenin Avropaya səfəri ərəfəsində Şimal Axını- 2-də kompromis razılaşması üzərində işləmək üçün iki köməkçisini Vaşinqtona göndərdiyini bildirib.

ABŞ rəsmiləri bu boru kəmərinin Avropanı Rusiya enerji qaynaqlarından daha çox asılı vəziyyətə gətirəcəyini və qaz tranziti haqqına güvənən Ukraynadan yan keçəcəyini xəbərdar edib.

Almaniya hökuməti bunu kommersiya təşəbbüsü adlandıraraq, suveren bir məsələ olduğunu iddia etməklə layihəni dayandırmaqdan imtina etmişdi.

Avropaya səfəri zamanı Merkel və Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüşəcək olan Bayden almanların ABŞ-ın narahatlıqlarından xəbərdar olduqlarını bildirib.

May 19-da Bayden administrasiyası Şimal Axını-2-dəki işlərinə görə bir neçə şirkətə və gəmiyə sanksiya tətbiq etmişdi, lakin Baltik dənizi layihəsinin arxasındakı şirkətin Şimal Axını-2 AG-nin və onun icraçı direktoru, Putinin yaxın müttəfiqi olan Mattias Vorniqin üzərindən cərimələri götürmüşdü.

Rusiyanın dövlət tərəfindən idarə olunan enerji nəhəngi Gazprom İsveçrədə yerləşən Şimal Axını-2 AG-nin əsas səhmdarıdır.