Shell Rusiyada fəaliyyətini dayandırır

Shell şirkəti çərşənbə axşamı Rusiyanın enerji sektorunda neftdən tutmuş təbii qaza qədər bütün məhsullarla bağlı fəaliyyətini mərhələli dayandırdığını elan edərək, Rusiya neftini almağı dayandırıb. Beləliklə, Shell Rusiya ilə əməkdaşlıqdan tamamilə imtina edən ilk böyük Qərb neft şirkətlərindən biri olur.

Bazar ertəsi LCOc1 markalı neftin qiyməti 2008-ci ilin iyul ayından bəri ən yüksək həddə çataraq, bir barel üçün 139 dolları keçib. Artım ABŞ və onun Avropalı müttəfiqlərinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Rusiya neftinin idxalına qadağa qoymağı nəzərdən keçirməyə başlamasından sonra baş verib.

Shell Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb; söhbət, xüsusən də şirkətin 27,5% səhmlərinə sahib olduğu və Qazprom GAZP tərəfindən idarə olunan Saxalin-2 müəssisəsindən gedir.

“Biz yaxşı başa düşürük ki, keçən həftə Rusiya xam neftinin daşınması ilə bağlı qərarımız səhv idi və biz buna təəssüflənirik” - deyə, şirkətin baş direktoru Ben van Beurden bildirib.

Shell Rusiya xam neftinin bir partiyasını İsveçrə treyderi Trafigura-dan rekord aşağı qiymətə alıb.

Shell Rusiyadakı fəaliyyətini mümkün qədər tez bitirmək və Rusiya Federasiyasındakı yanacaqdoldurma məntəqələrini bağlamaq, habelə Rusiya ərazisində aviasiya yanacağı və sürtkü yağlarının istehsalını dayandırmaq üçün xam neft tədarük zəncirini dəyişdirəcəyini qeyd edib.

Şirkət bildirib ki, tədarük zəncirinin dəyişməsi bir neçə həftə sürə bilər və bəzi neft emalı zavodlarında istehsalın azaldılmasına səbəb ola bilər, eyni zamanda Rusiya neft məhsulları, təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) mərhələli şəkildə dayandırılacağını bildirib.

Şirkət həmçinin Şimal axını 2 ilə bağlı fəaliyyətlərdə iştirakını dayandırmağı planlaşdırır.