Qanun Nəşriyyat Evi 150 min manat cərimələnib

Şahbaz Xuduoğlu

Məhkəmə Qanun nəşriyyat evinin iddiasını təmin etməyib
Aparılan Vergi yoxlamalarının nəticəsi olaraq Qanun nəşriyyatı 150 min manat cərimə edilib. Bu barədə Amerikanın Səsinə Qanun Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə cərimə olunmasının səbəbi əlavə dəyər vergisinin ödənilməməsi olub. Həmçinin Vergilər Nazirliyi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində İstintaq idarəsində cinayət işi başlanıb.

Şahbaz Xuduoğlu onu da qeyd edib ki, istintaqa şahid qismində ifadə verəcək.
Eyni zamanda fevralın 28-də 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi Elçin Məmmədov Qanun Nəşriyyatının iddasını təmin etməmək barədə qərar çıxarıb.

Noyabrın 1-də Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşı Qanun Nəşriyyat Evinə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədini və kömpüterlərini aparıb.

Şahbaz Xuduoğlu bildirib ki, bütün instansiya məhkəmələri keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Qanun Nəşriyyat Evinə qarşı cinayət işinin açılmasını səbəblərindən danışarkən o, bildirib ki, burada əsas məqsəd nəşriyyatı bağlamaqdır.

Cərimənin ödənilməsinə gəldikdə isə Xuduoğlu “onu ödəməyə nə fikrim var nə də gücüm”, deyərək həbs olunma ehtimalını istisna etməyib.