Türkiyənin Karabük Univesitetindən Dr. Ələsgər Ələsgərli deyir ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri gözləntilərdən xeyli fərqlənmədi. Səsvermənin nəticələri korrupsiya ittihamları ilə üzləşən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) cəmiyyətdə hələ də güclü dayaqlara malik olduğunu ortaya qoydu. Amerikanın Səsinə müsahibəsində Türkiyədə yaşayan ekspert bələdiyyə seçilərinin ölkənin siyasi həyatındakı rolunu dəyərləndirib.
Dr. Ələsgərlinin sözlərinə görə, seçkilərin nəticələrində müəyyən dəyişikliklər olacağını ifadə edən fərqli fikirlər olsa da, araşdırmaların və medianın hal-hazırda Türkiyədə mövcud olan siyasi konyekturanın və qüvvələr balansının çox dəyişməyəcəyinin gözləndiyi aydın idi.
Fətullah Gülən tərafdarlarının seçki nəticələrinə təsir göstərib-göstərmədiyi barədə fikir bildirən Dr. Ələsgər Ələsgərli Gülən tərəfdarlarının həm kadrlaşmada, həm də bir mərkəz ətrafında toplaşmaqda çətinlik çəkdiklərini dedi. O, habelə digər dini icmalarla Gülən davamçıları arasında iri məsafə olduğunu önə çəkdi.
"Bu səbəbdən də Gülən tərəfdarlarının seçki nəticələrinə böyük təsir göstərəcəyi bir az abartılmışdı," deyə cənab Ələsgərli Amerikanın Səsinə bildirir.
Seçki nəticələrinin qarşıdan gələn president seçkilərinə necə yön verəcəyini şərh edən Dr. Ələsgərli deyib ki, nəticələri 2009-cu ilin bələdiyyə seçkiləri ilə deyil, 2011-ci ilin parlament seçkiləri ilə müqayisə etmək lazımdır. Çünki səsvermənin xarakteri və baş verən yeniliklər göstərir ki Ədalət və İnkişaf Partiyasının səslərində təxminən 6 faiz geriləmə müşahidə olunub. Ancaq səslərdə azalmaya baxmayaraq hakim partiyanın prezidentliyə irəli sürəcəyi namizədin qalib gəlmək ehtimali böyükdür.
Your browser doesn’t support HTML5