AŞPA məruzəçisi Seymur Həzi ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda səfərdə olan Azərbaycan üzrə məruzəçisi Stefan Şennax və qurumun katibliyinin nümayəndələri yanvarın 14-də 17 saylı cəzaçəkmə müəssisəsində “vicdan məhbusu” kimi tanınmış AXCP sədrinin müavini, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının əməkdaşı Seymur Həzi ilə görüşüb.

Bu barədə jurnalistin həyat yoldaşı Nigar Həzi Facebook səhifəsində yazıb.

"Bu gün Seymurla danışdım. Dunən ASPA-nin Azərbaycan üzrə məruzəçisi Stefan Shennax ve katibliyin numayəndələri Seymurla gorushub. AŞPA rəsmiləri onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıblar", o yazıb.

S.Həzi görüş barədə detallı danışmayıb.