Seks kölələri - I hissə [Video]

Your browser doesn’t support HTML5

Bunun çox adı var – cinsi köləlik, cinsi istismar, və s. Lakin bunun qarşısını almağa çalışan təşkilatlar bunu cinsi qaçaqmalçılıq - kiminsə cinsi əlaqəyə zorla, saxtakarlıq və məcburi girmə adlandırır.

İnsan alverinə dair Resurs Mərkəzinin Qaynar Xəttinə istinadən bildirilib ki, 2016-ci ildə insan alveri ilə bağlı 75 mindən çox hadisə olub. Paytaxt Vaşinqton ərazisində isə qurbanlar əsasən orta və gəlirli ailələrdən olan yeniyetmə qızlardır ki, onlar zorakılıq baş verənə qədər romantik münasibət yaşadıqlarını düşünür.

Polis sirenası Keytin dəhşətli anlarını sona çatdırdı. “Bir neçə saniyə də keçsəydi məni tapmayacaqdılar” deyə, Keyt bildirir.

Keyt deyir ki, bir neçə ay davam edən köləlikdən onu polis sirenası qurtarıb.

Bütün bunlar Keyt 9-cu sinifdə oxuyarkən başlayıb. Onu bu işə cəlb edən Luis adlı şəxs Keytin oxuduğu məktəbdə "Sənədsiz mühacirlər proqramı" üzrə işləyirdı. O, 21, Keyt isə 14 yaşında idi. “İlk dəfə o mənə Facebook-da gözlərimin gözəl olduğunu yazdı.”

Keyt ona aşiq olur. Bir gecə Luis onun yatdığı otağın pəncərəsini döyür və onu gizlicə qonaqlığa aparır. Gecələrin birində isə Keyt evə dönmür. “Mən bütün yaşlı kişilərlə əlaqədə olmuşam. Mən onların məni gözəl bildiklərini, mənə diqqət yetirdiklərini düşünürdüm. İndi bəzi şeyləri dumanlı xatırlayıram. Bədənimdə çoxlu sızaqlar, daxili orqanlarımda zədələr var idi” deyə, o bildirir.

Sonradan o, Luisin qərargahı Mərkəzi Amerikada olan cinayətkar MS-13 təşkilatının üzvü olduğunu öyrənir. Təşkilata vəsait toplamaq üçün o, 14 yaşlı Keytə narkotin maddələr verərək, onu satırdı. “Məni tapacaqlarına inanmırdım. Kim bilirdi ki, mən haradayam.”

Eymi Keytin anasıdır. “O mənim həyatımdır, mənim uşağımdır, O, itkin düşəndə mən hiss edirdim ki, onun mənə ehtiyacı var.”

Polis Keyti qaçaq mal, Luis isə onu qazanc mənbəyi kimi görürdü. “O mənim buduma pul işarəsi həkk etmişdi. Mən bunun nə məna verdiyini sonradan başa düşdüm. O məni satırdı”, deyir Keyt.

Və o, cinsi zorakılığın dayanmadan davam etdiyini deyir. "Biri gedib, digəri gəlirdi. Bir saat ərzində 2, 3 ya daha çox olurdu. Mənə yemək, su vermirdilər. Luis isə oturub bütün baş verənlərə tamaşa edirdi.”

Bir neçə həftədən sonra, cinayətkar qrup onu ştatdan çıxarmaq istəyəndə, Keyt polis sirenasını eşidir və bu, onun üçün son olur. Beş il müalicədən sonra Keyt başqa həyat yaşamağa ümid edir. O, nişanlanıb və hamilədir.