Beynəlxlaq Axtarış sistemi olan İnterpola verilən azərbaycanlıların arasında Sevinc Babayevanın da adı daxil edilib. Belə ki, Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda tez-tez nümayiş etdirilən və vasitəçi missiyasını yerinə yetirən Sevinc Babayevın İnterpol vasitəsilə axtarışa verilməsi İnterpolun rəsmi səhifəsində də öz əksini tapıb.
İnterpol bildirir ki, 40 yaşlı boyu 165 sm, gözlərinin rəngi qəhvəyi olan, Azərbaycan və Rus dillərində danışan Sevinc Babayeva saxtakarlıq və dələduzluq ittihamı ilə axtarılır. Məlumatda habelə onun Azərbaycan hökuməti tərəfindən axtarıldığı deyilir.
Bu arada qeyd edək ki, APA xəbər agentliyi bir müddət əvvəl S. Babayeva ilə bağlı hələ bir neçə il əvvəl dələduzluq faktına görə cinayət işinin başlanmasına dair məlumat yaymışdı. Həmin məlumata görə, S. Babayeva bir neçə ilə əvvəl dələduzluqda ittiham edilib. O, 2009-cu ildə torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və S. Babayeva məsuliyyətə cəlb edilib. İstintaq zamanı S. Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.