Seul Şimali Koreyadakı Kaesonq birgə kompleksindən işçilərini geri çağırır

Cənubi Koreya rəsmiləri deyir ki, Şimali Koreyadakı fəaliyyəti dayandırılmış fabrik parkında cənubluların yerdə qalan hissəsi də geri dönür.

Bu gün içərisi şəxsi əşyalarla dolu avtomobil, avtobus və yük maşını karvanları Cənubi Koreyaya istiqamət alıb.

Cənubun Yunifikasiya Nazirliyi bildirib ki, Kaesonq sənaye parkındakı 175 işçidən 127-si bu gün ölkəyə geri dönür. Digərlərinin isə qarşıdakı günlərdə Cənubi Koreyaya dönəcəyi gözlənilir.

Dünən Cənubun Kaesonq kompleksində əməliyyatların bərpası barədə rəsmi danışıqlar aparılmasına dair təklifinin rədd edilməsindən sonra işçiləri geri qayıtması barədə qərar qəbul olunub.

Seul danışıqlara aparılmasına razılaşması üçün Pxenyana 24 saat vaxt verərək xəbərdarlıq edib ki, təklif rədd ediləcəyi təqdirdə Cənubun cavabı sərt olacaq. Xəbərdarlıqdan 24 saatdan çox vaxt keçməsinə baxmayaraq Şimaldan müsbət cavab daxil olmayıb.