Səudiyyə kralı Salman kommunal xərclərin artırılması əleyhinə kütləvi etirazlardan sonra ölkənin su və elektrik nazirini istefaya göndərib.
Nazirin işdən azad olunması su, elektrik və başqa kommunal xərclərə dair hökumət subsidiyalarının ləğvindən 6 ay sonraya təsadüf edir.
Bu vəzifədə Abdullah Əl-Hüsseyni Səudiyyə Ərəbistanının hazırki kənd təsərrüfatı naziri Əbdül Rəhman Əl-Fədhli əvəz edəcək.
Səudiyyə hökuməti dünyada neft qiymətlərinin düşməsi ilə ehtiyac duyunduğundan komunal xərclərə dair subsidiyaları dekabrın əvvəllərində dayandırmışdı.
Artan su qiymətlərinə qarşı qəzəb
Suyun qiymətləri artdıqca Səudiyyə Ərəbistanlılar öz narahatlıqları ilə bağlı sosial şəbəkələrdə səslərini ucaltmağa başlamışdı. Bunun əsasında isə İstehlakçı Mühafizəsi Assosiasiyası hökumətdən qərarı nəzərdən keçirməyi xahiş etmişdi.
Mart ayında Hüseyn ictimai qəzəbə cavab olaraq demişdi ki, su qiymətlərinin artmasından narahat olanlar öz su quyularını qazmağa başlamalıdırlar. Bu ayın əvvəli isə şahzadə Məhəmməd bin Salman nazirliyin qərarını qəbuledilməz adlandırmışdı.