1965-ci ildə Səsvermə Hüquqları Aktının Konqresdə təsdiqi və ABŞ prezidenti Lindon Conson tərəfindən imzalanmasından 50 il keçir. Bu qanunvericiliklə səsvermə zamanı irqi ayrı-seçkiliyə son qoyulmuş və Birləşmiş Ştatların cənub bölgələrində milyonlarla qaradərili seçicinin səs verə bilməsi təmin olunmuşdur.
Prezident Lindon Conson 1965-cı ildə Səsvermə Hüquqları Aktına imza atmaqla tarix yazdı. Sənəd Birləşmiş Ştatlarda vətəndaş hüquqlarına dair qəbul edilmiş ən effektiv qanunvericilik aktı hesab edilir.
Prezident Lindon Conson: “Biz irqindən, rəngindən və mənşəyindən asılı olmayaraq bütün amerikalıların demokratiya prosesində eyni hüquqa malik olana qədər kənara çəkilməyəcəyik.”
Səsvermə Hüquqları Aktı qaradərililərin ayrı-seçkiliyə məruz qaldığı Cənubda səsvermə zamanı ştat və yerli səviyyələrdə sədləri aradan qaldırdı. Burada eyni zamanda, ABŞ Konstitusiyasında Afrika mənşəli amerikalılara səsvermə hüququnun verildiyi 15-ci düzəlişin federal səviyyədə təmin olunması nəzərdə tutulurdu.
ABŞ konqresmeni Con Lüis: “1965-ci ildə Səsvermə Hüquqları Aktı çox adama azadlıq gətirdi.”
ABŞ konqresmeni Con Lüis 1965-ci ildə Alabama ştatının Selma şəhərində səsvermə hüququnun verilməsi üçün keçirilən yürüş zamanı az qala öldürülmüşdü. Polisin dinc nümayişçilərə hücum etdiyi zorakı qarşıdurma ölkədə əks-səda yaratdı və Səsvermə Hüquqları Aktının qəbul edilməsinə gətirib çıxardır.
ABŞ konqresmeni Con Lüis: “Çox adamın əzabına dəyrədi. Bəzi insanların verdiyi qana dəyərdi.”
Siyasi elmlər professoru Andra Gillespi deyir ki, qaradərili seçicilərin qeydiyyatdan keçirilməsi üçün hökumət geniş miyqasda səylərə dəstək verdi.
Siyasi elmlər professoru Andra Gillespi: “Afrika mənşəli amerikalılar arasında seçici fəallığı 1960-cı və 1070-ci illərdə sürətlə yüksəlməyə başladı. Cənub ştatlarında səsverə bilən yüzlərlə və minlərlə qaradərili seçici var idi.”
Qaradərili amerikalıların liderləri deyir ki, səsvermə hüququ qazanmaq uğrunda verilən qurbanlar unutmamalıdır. Leso Smit Corciya ştatında respublikaçılar partiyasında azlıqlarla iş üzrə direktordur.
Leso Smit: “Mən fəxr edirəm ki, biz mənə hücumun mümkün olduğu və Con Luisin döyülə bildiyi bir cəmiyyət deyilik. O mənə görə yaralandı. Onun əzablarının heç bir mənası olmadığını düşünmək olmaz.”
50 ildən sonra Atlanta şəhərinin meri Şirli Franklin 1965-ci ildə Səsvermə Hüquqları Aktının ona seçilmək imkanı verdiyini xatırlayır.
Atlanta şəhərinin meri Şirli Franklin: “Xoşbəxtlikdən başqa adamlar məndə özmün görmədiyi nəsə gördülər. Onlar məni özümü rahat hiss etdiyim şəraitdən çıxıb seçkilərə qoşulmağa təşvq etdi. O gündən mənim missiyam insanları eyni addımı atmağa təşviq etməkdir.”
Siyasi təhliçiləri deyir ki, Səsvermə Hüquqları Aktı ölkənin demokratiyanın ən mühüm aləti olan seçkinin ədalətli və bərabər keçməsinin təmin edilməsində mühüm qələbəsi oldu.