ABŞ-ın baş prokuroru Ceff Seşşons ölkəyə qeyri-qanuni mühacirətin qəbul edilməyəcəyini deyərək, mühacirət orqanlarına sərt qaydalar tətbiq ediləcəyini bildirib. ABŞ-ın Meksika ilə həmsərhəd Arizona ştatında danışan prokuror mövcud qaydaların sərtləşdiriləcəyinə vəd verib. O, həm də qanunsuz mühacirləri nəqliyyat və sığınacaqla təmin edənlərin cərimələnəcəyini bəyan edib.
ABŞ-ın baş prokuroru Amerikanın ölkəyə qanunsuz girişlərə yol verməyəcəyini deyib.
"Yeni era başlayır. Tramp erası. Qanunsuzluq, vəzifələrin yerinə yetirilməməsi, nəzarət altına alıb yenidən azad edilməsi siyasəti arxada qaldı."
Seşşon sərhəd zonasına səfəri zamanı federal prokurorları insan qaçaqmalçıları kimi mühacirət kriminallarına diqqət yetirməyə çağırıb.
"Burada, Arizona günəşi altında insanlar dürüst həyat yaşamaq və ailələrini təmin etməyə çalışır. Lakin bu sərhədlərdən kartellər ölkəmizə narkotiklər keçirməklə, qətllər və zorakılıqları da gətirir."
Seşşons sərhəd ölçülərinin də kəskinləşdiriləcəyini və mühacirət məhkəmələrində yığılan işlər üçün islahatlar aparılacağını bildirib.
"Yığılmış məhkəmə işləri, tutub daha sonra azad edilmələr hüquq-mühafizə sahəsində problemlər yaradır. Prezidentin sərəncamına əsasən biz sərhədlərə yaxınlaşan hər kəsi həbs edəcəyik. Onlar azadlığa buraxılmayacaq. Bu missiyaya dəstək olaraq sərhədlərdəki nəzarət mərkəzlərinə 25 mühacirət hakimi yerləşdirmişik."
İnsan hüquqları müdafiəçiləri və siyasətçilərin Trampın anti-mühacirət siyasətinə etiraz etməsinə baxmayaraq, Seşşons deyib ki, qanunlara riayət etməyənlər cərimələnəcək.
"Mühacirlərin nəqliyyat və sığınacaqla təmin edilməsi çiçəklənməkdə olan biznesdir. Lakin buna artıq yol verilməyəcək. Biz qanunsuzluqdan faydalanan hər kəsi həbs edəcəyik."
Seşşonsun çıxışı yeni administrasiyanın mühacirət siyasətinə dair ən detallı açıqlama hesab edilir.