Qrup üzvləri klipdən xəbərsizdir. Təzyiqlərin olmasını təkzib edir və İlham Əliyevə səs verəcək
http://www.youtube.com/embed/n9bvVojogms?rel=0
“Şeron” musiqi qrupunun üzvləri bu gün mətbuat konfransı keçirərək, keçmiş deputat, bəstəkar Hüseyn Abdullayevin İnternetdə yaydığı “Susma!” klipindən narazı olduqlarını bildirib.
“Susma!” mahnısı Bakıda etiraz aksiyalarının amansızlıqla dağıtması barədə videolarla müşayiət olunur.
Qrupun üzvü Məlikməmməd Hacıyev deyib ki, “Şeron” mahnını ifa etsə də, videolarla heç bir əlaqəsi yoxdur. Klip tez zamanda məşhurlaşıb və sosial şəbəkələrdə bir neçə yüz min baxış var.
Qrup üzvləri klipə görə polisə çağırıldıqları və toylarda ansamblın çıxışlarının qadağan edilməsi, hökumətyönümlü televiziyalarda çıxışlarına qeyri-rəsmi qadağa qoyulması haqqında məlumatları təkzib ediblər.
Qrup üzvləri mətbuat konfransının başlanğıcında siyasi olmadıqlarını bildirsələr də, konfransın sonunda hazırki prezident İlham Əliyevi dəstəklədiklərini və payızda keçiriləcək seçkilərdə İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.