Hilal Məmmədova Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə irəli sürülən ittiham ömürlük həbs və şəxsi əmlakının müsadirəsi ilə başa çata bilər.
Mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz Reportyorlar” və Nyu-Yorkdakı Jurnalistləri Müdafiə Komitəsi “Talişi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun həbsdən dərhal azad edilməsini tələb edir.
Hər iki təşkilat jurnalistin həbsinə və ona qarşı irəli sürülən ittihamlara hiddətini bildirib.
“Bu başdan ayağa cəfəngiyat işdir, İranla Azərbaycan arasında artan gərginliyin göstəricisidir. Bu gərginliyə son qoyulmalıdır, jurnalist və hüquq müdafiəçilərinin bu gərginliyin qurbanı olması qətiyyən yolverilməzdir”-deyə “Sərhədsiz Reportyorlar”ın bəyanatda bildirilir.
İlkin irəli sürülən narkotika ittihamına rəsmi Bakı dövlətə xəyanət və milli ayrı-seçkiliyi qızışdırmaq ittihamları da əlavə edib. H.Məmmədov 1992-ci ildən İran kəşfiyyatına işləməkdə ittiham olunub.
Sənəddə deyilir ki, H.Məmmədova Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə irəli sürülən ittiham ömürlük həbs və şəxsi əmlakının müsadirəsi ilə başa çata bilər.
“Hiddətləndirici odur ki, adamı milli azlıqların problemləri haqqında yazılar yazdığına görə Azərbaycanın dövlət müstəqilliyinə xəyanətdə ittiham edirlər. İqtidar onu dərhal azad etməlidir”-deyə Jurnalistləri Müdafiə Komitəsinin təmsilçisi Nina Oqnyanova bildirib.