Xəzərdə neft-qaz infrastrukturlarına təhlükələrin qarşısının alınması mövzusunda taktiki təlim keçirilib

Dövlət Sərhəd Xidməti Xəzərdə təlimlər keçirir

Dekabrın 8-dən 11-dək “Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələriXəzər dənizinin Azərbaycana mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aş­kar­lanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması” mövzu­sun­da taktiki təlimlər keçirilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Dövlət Sərhəd Xidməti Xəzərdə təlimlər keçirir

Mətbuat mərkəzi bildirir ki, Xəzər dənizində müm­kün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət element­lərinin təkmilləşdirilməsi məqsədilə on taktiki epizod üzrə dörd mər­hələdə keçirilən təlimlərdə:

- neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsinin gündəlik şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə sərhəd axtarışının aparılması;

- sorğuya cavab verməyərək neft platforması istiqamətində hərə­kə­tini davam etdirən gəminin dayandı­rıl­ması, çevik-hərəkət qru­punun helikopter vasitəsi ilə gəmiyə çıxarıl­ması;

- şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləşdirilməsi, dayan­dırılmış gəmiyə xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi və küt­ləvi qırğın silahlarının kom­ponentlərinin, həm­çinin narkotik vasi­tələ­rin aşkar edilməsi;

- sərhəd gözətçi gə­miləri tərəfindən şərti düş­mənin terror-təxribat qrupunun qaranlıqda aşkarlanması və məhv edil­məsi, şərti düş­mənin sualtı təxribat qruplarının aşkarlanaraq zərərsiz­ləş­di­­ril­məsi;

- elikopterlərin və sərhəd gö­zətçi gəmilərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtla­rında döyüş atışlarının ke­çirilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.