2015-ci ilin döyüş hazırlığı proqramına uyğun olaraq “Azərbaycanın dövlət sərhədini pozmuş düşmən qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə “Ağgöl” səhra təlim mərkəzində taktiki təlimlərə başlanılıb.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatına görə, təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olunmayan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulub.
Təlimlər mayın 21-dək davam edəcək.