Xəzərdə Azərbaycanın sərhədini pozan İran vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumatına görə, iyulun 24-də Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində İrandan olan sərhəd pozucuları Omid Ramazani və Rza Rəhimpur saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin hərbçiləri sərhəd pozucularını 3 saatadək təqib edib.
"Saxlanılmış qayığa və qayıqda olan İran vətəndaşlarının üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar edilib", Mətbuat Mərkəzi bildirir.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.