Sərhədi qanunsuz keçən iki İran vətəndaşı saxlanılıb

Sərhəd

Aprelin 12-də Azərbaycan sərhədçiləri dövlət sərhəddini pozan İran vətəndaşını saxlayıblar. Hadisə Astara rayonunda Alaş kəndi yaxınlığında baş verib. Sərhədçilər Qulaməli Sadiqi Gilandeni saxlayıblar.

Aprelin 13-də Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində digər İran vətəndaşı İsmayıl Bərzigir saxlanılıb. O, Azərbaycanın dövlət sərhəddini pozmağa cəhd göstərib.

Dövlət Sərhəd Xidməti hər iki fakt üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirir.