Ötən ilin dekabr ayı ərzində Azərbaycanın dövlət sərhədini pozan 32 nəfər saxlanılıb

Sərhəd

210 nəfər axtarışda olan şəxs Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2013-cü ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 32 nəfər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd xidmətinin məluma
Onların 12 nəfəri Azərbaycan Respublikası, 10 nəfəri Özbəkistan, 4 nəfəri Gürcüstan, 2 nəfəri Tacikistan, 2 nəfəri Nigeriya, 1 nəfəri İran İslam Respublikası, 1 nəfəri Ukrayna vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 nəfər(quruda-red), Xəzər dənizində 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 210 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.