Bakıda amerikalı rəssamın sərgisi açılıb

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gill amerikalı rəssam Şeyn Quffoqqun Bakıda beynəlxalq rəsm sərgisinin açılışında iştirak edib.

Sərgi

“The Observer is the Observed” adlı sərgisi Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzinin dəstəyi ilə keçirilir. Sərgidə rəssamın yaradıcılığının erkən dövrünə aid 73 rəsm əsəri və heykəl nümayiş nümayiş etdirilir.

Quffoqq əsərlərini “sözsüz şeir” adlandırır.

Sərgi aprelin 6-dək davam edəcək.