Rusiya müdafiə naziri Sergey Şoyqu Dağlıq Qarabağda vəziyyətin pisləşməsi ilə əlaqədar Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə təcili telefonla danışıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu region daim Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin diqqətindədir”, məlumatda deyilir.
“Bununla əlaqədar aprelin 2-də Rusiaya müdafiə naziri Sergey Şoyqu öz həmkarları – Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Azərbaycanın müdafiə naziri Zakir Həsənovla telefonla danışıb. O, münaqişə zonasında vəziyyətin sabitləşməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb”, məlumatda deyilir.