Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı ABŞ dövlət katibi Mayk Pompeo ilə təcili planlaşdırılmış görüş üçün Vaşinqtona yola düşür. Ehtimal var ki, o həmçinin prezident Donald Tramp ilə də görüşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında missiyanın məqsədinin ABŞ-Rusiya münasibətlərindəki "vacib məsələlərin" müzakirəsi olacağını bildirdsə də, Ağ Evdən alınan xəbərlərdə görüşdə silahlara nəzarət, eləcə də Vaşinqtonla Moskva arasında Suriya və Ukrayna ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlmiş məsələlər gündəmdə olacaq.
Rusiya lideri Vladimir Putinin Moskvanın yeni START nüvə silahına nəzarət müqaviləsini bu ilin sonunadək "heç bir şərt olmadan" uzatmaq istədiyini söylədiyi bir vaxt danışıqlar ideyasının Putin tərəfindən ortaya atıldığı görünür.