“Niyə QHT-lər, fondlar, məsələn Heydər Əliyev Fondu maliyyə hesabatını və maliyyə mənbələrini mətbuatda dərc etdirmir?”, - ADP sədri Sərdar Cəlaloğlu sual edib
Azərbaycan Nazirlər Kabineti siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydaları haqqında sənədi təsdiqləyib.
Bundan sonra siyasi partiyalar maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" qanuna uyğun tərtib edəcək.
Sənəddə qeyd olunur ki, siyasi partiyalar qeyri-kommersiya hüquqi şəxslər - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qurumdur.
Partiyaların maliyyə hesabatları üç sənəddən ibarətdir:
maliyyə vəziyyəti haqqında hesabat; maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat; əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Birinci hesabata qeyri-maddi aktivlər; torpaq, tikili və avadanlıqlar; daşınmaz əmlaka investisiyalar; uzunmüddətli debitor borcları; digər uzunmüddətli aktivlər; ehtiyatlar; qısamüddətli debitor borcları; pul vəsaitləri və onların ekvivalentləri; digər qısamüddətli aktivlər; ehtiyat fondu; bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər); uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər; uzunmüddətli qiymətləndirilmiş öhdəliklər; uzunmüddətli kreditor borcları; digər uzunmüddətli öhdəliklər; qısamüddətli faiz xərcləri yaradan öhdəliklər; qısamüddətli qiymətləndirilmiş öhdəliklər; vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər; qısamüddətli kreditor borcları; digər qısamüddətli öhdəliklər daxildir.
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata üzvlük haqları; əmlakdan götürülən gəlir; tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir; ianələr şəklində gəlir; seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait; aşağı təşkilatların ödəncləri; dövlət büdcəsindən ayrılan vəsait; borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ; hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak daxildir.
Xərclər bölməsində cari işlərə sərf olunan vəsait; siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər; ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər; aşağı təşkilatlara ödənclər; kreditlər üzrə faizlər; fərdi xərclər; digər xərclər; ümumi mənfəət (zərər) göstərilməlidir.
Bundan əlavə, maliyyə hesabatlarının əsas tərkib hissəsini əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərin məzmunu təşkil edir. Bura aşağıdakı məlumatlar daxil edilməlidir:
siyasi partiyaların maliyyə hesabatlarının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar; maliyyə vəziyyəti haqqında hesabatda göstərilən bütün maddələrin açıqlanmasını təmin edən məlumatlar; maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda göstərilən bütün maddələrin (o cümlədən üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı və ianəni vermiş şəxslər barədə məlumatlar) açıqlanmasını təmin edən məlumatlar; ianə vermiş şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və ianənin məbləği əhəmiyyətli uçot siyasəti.
Siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verəcək.
Vətəndaş cəmiyyəti fəallarının fikrincə, bu, öz bizneslərini ictimaiyyətdən gizlətmək üçün məmurların maraqları naminə edilib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Amerikanın Səsi radiosuna müsahibəsində bu sənədin hakim siyasi partiyanın müxalif siyasi partiyaların fəaliyyətinə nəzarətini təmin etmək üçün qəbul edildiyini deyib.
”Normal cəmiyyətlərdə ictimai təşkilatların dövlət təşkilatlarına, dövlət qurumlarının da ictimai təşkilatların fəaliyyətinə nəzarəti zəruridir, vacibdir və normaldır. Amma, Azərbaycanda qeyri-hökumət təşkilatları və siyasi partiyaların hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət etməsinə imkan verilmir, əvəzində hakimiyyət orqanları QHT-lərin və siyasi partiyaların fəaliyyətinə total nəzarət etməyə cəhd edir”, ADP sədri bildirib.
Sərdar Cəlaloğlunun fikrincə, Nazirlər Kabinetinin qəbul etdiyi sənəd qanun qarşısında bərabərlik prinsipini pozur və hakim partiyanın müxalifət partiyasının fəaliyyətinə müdaxilə etməsinə imkan yaradır.
“Təbii ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətinə belə birtərəfli nəzarət cəmiyyətin, dövlətin maraqlarına deyil, hakim partiyanın maraqlarına xidmət edir”.
S.Cəlaloglunun fikrincə, Azərbaycan maliyyə qurumları siyasiləşib və maliyyə sirlərinin gizli saxlanması ilə bağlı cəmiyyətin onlara inamı yoxdur.
“Dünyanın hansı ölkəsində siyasi partiyalar maliyyə hesabatını mətbuatda dərc etdirir? Bu xətt hansı səbəbdən yalnız siyasi partiyalara aid edilir? Niyə QHT-lər, fondlar, məsələn Heydər Əliyev Fondu maliyyə hesabatını və maliyyəsinin mənbələrini mətbuatda dərc etdirmir?”, - deyə partiya lideri hökumətdən sual edib.
O, Nazirlər Kabinetinin qəbul etdiyi sənədin müxalif siyasi partiyalara qarşı olduğunu deyib.
“Azərbaycanda nazirliklər, dövlət qurumları belə ayrılmış büdcəni haraya xərclədikləri barədə mediada hesabat dərc etmir. Hətta dövlət büdcəsinin özünü belə “və sair xərclər” adı altında xərcləyirlər və xərclənmə istiqamətləri barədə deputatlara məlumat verilmir. 2013-cü il dövlət büdcəsinin 67 faizinin haraya xərclənəcəyi ilə bağlı deputatlara məlumat verilməyib. Bu barədə deputatlara təqdim olunmuş büdcə paketində məlumat tapmaq mümkün deyil”, - deyə o qeyd edib.

Your browser doesn’t support HTML5