Serbiya və Bosniya-Hertsoqovina əlaqələrin normallaşdırılması və əməkdaşlığın genişləndirilməsi sahəsində tərəqqi əldə edib. 1992-1995-ci il Bosniya müharibəsi bu iki ölkə arasında dərin düşmənçiliyə yol açmışdı. Bu gün bosniyalı həmkarı ilə görüşündən sonra deyib ki, artıq arada heç bir maneə qalmayıb. Nazirlər Avropaya inteqrasiya sahəsində müsbət inkişaflara nail olmaq istədiklərini bildiriblər. Onlar həm də birinin təmsilçiliyi olan ölkələrdə digərinin vətəndaşlarına xidmət göstərilməsi barədə razılıq əldə ediblər.
1995-ci ildə serblər tərəfindən 8 min müsəlman bosniyalı qətlə yetirilmişdi. Sarayevonun 44 ay davam edən işğalı nəticəsində 10 min adam həlak olmuşdu.