Serbiya parlamenti Srebrenitsada müsəlmanların qətliamına görə üzr istəməyə hazırlaşır

Serbiyanın hakimiyyətdə olan partiyaları tərəfindən hazırlanmış qətnamə layihəsində kədər ifadə edilməklə yanaşı, 8 000 müsəlman kişi və oğlanın qətlinin qarşısının alınması üçün kifayət qədər iş görülmədiyinə görə üzrxahlıq edilir

Serbiya parlamenti 1995-ci ildə Srebrenitsada minlərlə müsəlmanın qətliamına görə üzr istəməyi nəzərdən keçirir.

Serbiyanın hakimiyyətdə olan partiyaları tərəfindən hazırlanmış qətnamə layihəsində kədər ifadə edilməklə yanaşı, 8 000 müsəlman kişi və oğlanın qətlinin qarşısının alınması üçün kifayət qədər iş görülmədiyinə görə üzrxahlıq edilir. Bununla belə sənəddə qətllər soyqırım adlandırılmır.

Serbiyanın millətçi partiyaları qanun layihəsini rədd ediblər. Onlar bildiriblər ki, qətnamədə 1992-1995-ci illərdə Bosniyada müharibə zamanı müsəlmanlar və xorvatların törətdikləri cinayətlər qınanmalıdır.

Serbiya parlamenti qətnamə layihəsi üzrə bu gün səsvermə keçirməlidir.

Serbiya keçən ilin dekabr ayında Avropa Birliyinə üzv olmaq üçün ərizə təqdim etmişdir.