Daha 55 ölkə Kosovonun müstəqilliyini yaxın zamanlarda tanıya bilər

Daha 55 ölkə Kosovonun müstəqilliyini yaxın zamanlarda tanıya bilər

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç deyib ki, Beynəlxalq Ədalət məhkəməsinin keçən həftə qərarından sonra Serbiyanın Kosovonun müstəqilliyi əleyhinə kampaniyanı davam etdirməsini çətinləşib

Serbiya bildirir ki, BMT-nin Ədalət məhkəməsi Kosovonun 2008-ci ildə müstəqilliyini elan etməsinin beynəlxalq qanunlara zidd olmadığı haqda qərar qəbul etdikdən sonra dünyanın daha 55 ölkəsi Kosovonun müstəqilliyni tanıyacaq.

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç deyib ki, Beynəlxalq Ədalət məhkəməsinin keçən həftə qərarından sonra Serbiyanın Kosovonun müstəqilliyi əleyhinə kampaniyanı davam etdirməsini çətinləşib. Onun sözlərinə görə,daha 55 ölkənin Kosovonun müstəqilliyini yaxın zamanlarda tanıyacağı gözlənilir. Yeremiç BMT məhkəməsinin qərarı ilə bağlı olaraq bu gün partlamentin keçirdiyi fövqəladə sessiyasında danışıb.

Serbiya ənənəvi olaraq öz ərazisi ehsab etdiyi Kosovonu müstəqilliyini heç vaxt tanımayacağıan söz vermişdir. Serbiya hökuməti qanunvericilərin BMT-nin Baş Assambleyasında Kosovonun statusu ilə bağlı beynəlxalq müzakirələrin keçirilməsi üçün qətnamə qəbul etməsini istəyir.