Dünyadan görüntülər

Çinin Hubei vilayətinin Vuhan şəhərində yerləşən Huajonq Elm və Texnologiya Universitetinin 7 mindən çox  tələbəsi tədris ilinin başlanğıcını qeyd edən mərasimdə iştirak edir. 

Hindistanda Qanq çayında insanlar qayıqda üzür.  

Fransisko Espana Barselonadakı Hospiral del Mar xəstənasında Aralıq dənizinə baxır. 60 yaşlı kişi koronavirus səbəbilə 52 gün xəstəxananın reanimasiyasında qalıb. 

Pakistanda İslamabad zooparkında saxlanılan fil müğənni Cher-in dəstəklədiyi heyvan haqları kampaniyasının bir hissəsi olaraq Kambocada qoruğa aparılır. 

İsrailin işğal etdiyi İordan çayının qərb sahiində yerləşən Kafr Qaddum şəhərində fələstinli nümayişçilərlə İsrail qoşunları arasında qarşıdurma. 

Kyivdə keçirilən Ukrayna Moda Həftəsində Açıq Moda Studiyası adlı dizayn məktəbinin tələbələrinin hazırladıqları parçalar nümayiş olunur. 

Beyrutda dağıntılar arasında sağ qaldıqları ehtimal olunan insanların axtarışı aparılır. 

Almaniyanın Solingen şəhərində polis zabiti beş uşağın cəsədlərinin tapıldığı evin önündə küçədən keçənlərə konfet və oyuncaq ayı paylayır. 

Pakistanda musson yağışlardan sonra daşqın baş verib. 

Velosiped həvəskarı Didi Senft Miyo və Lavo şəhərləri arasında 168 kilomet məsafəni əhatə edən 107-ci Tour de France velosiped yarışmasının 7-ci mərhələsində iştirak edən velosipedçiləri gözləyir.