Dünyadan görüntülər

ABŞ ordusunun serjantı Edvin Morales Nyu Yorkda 11 Sentyabr Memorial və Muzeyində həlak olmuş yanğınsöndürən Ruben D. Korreanın adının önündə əsgər salamı verir. 

İraqın şiə ruhanisi Moqtəda Əl-Sədrin tərəfdarları Nəcəfdə son doqquz ayda ilk dəfə keçirilən cümə namazında sosial məsafəni qoruyurlar. 

Livanda yanğınsöndürən Beyrutun limanında baş verən ikinci yanğını söndürməyə çalışır. 

Almaniya prezidenti Frank-Valter Ştaymayer Xorvatiya prezidenti Zoran Milanoviçə harada dayanmalı olduğunu göstərir.  

İordan çayının qərb sahilində yerləşən Kəfr Qəddum kəndində İsrail qoşunları ilə fələstinli nümayişçilər arasında toqquşma. 

Banqkokın 40 kilometr qərbində yerləşən Wat Samphran məbədi.

Prezidentliyə Demokrat namizəd Co Bayden və vitse-prezident Mayk Pens 11 sentyabr hücumlarının ildönümündə. 

Barselonada Milli Katalan Günü münasibətilə keçirilən simvolik tədbir. 

Yunanıstanın Lesbos adasında miqrantlar.