Günün fotoları

Səudiyyə Ərəbistanında Tabukda bədənini arılar örtmüş kişi fotosunu çəkdirir.

ABŞ ordusunun ehtiyatda olan serjantı Nyu Yorkda 11 sentyabr xatirə memorialı qarşısında terror hücümları zamanı həlak olmuş insanların xatirəsini anır.

 

İspaniyada Barselonada Kataloniya Milli Günü müstəqillik tərəfdarları nümayiş keçirir. 
 

Qana paytaxtı Akkrada BMT-nin keçmiş baş katibi Kofi Annanın tabutu önündə vida mərasimi keçirilir.

 

Cənubi Koreyada Müdafiə Expo Koreya 2018 sərgisindən öncə tanklar nümayiş etdirilir. 

 

Kaliforniyada Malibuda 11 sentyabr terror hücumlarının qurbanlarının xatirəsi ənənəvi olaraq Amerika bayraqlarının dalğalandırılması ilə anılır. 
 

Cənubi Karolina ştatının sakinləri Florens qasırğasının bölgəyə gəlməsindən öncə mağazada təbii qazla dolu balonlar alır.

 

Almaniyanın Essen şəhərində zooparkda saxlanan bayquş

 

Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Tsinpin Vladivostokda görüş zamanı

 

İndoneziyanın Banda Açeh bölgəsində tələbələr müsəlmanların yeni ilini qeyd edir. 
 

Hindistanda Allahabadda uşaqlar Qanq çayının daşması nəticəsində su basmış tikililər üzərində