Təqsirləndirilən 22 nəfər Azərbaycan vətəndaşından 13-ü məhkəmənin hökmündən şikayət verib. Onlar “Sepah”la məxfi əməkdaşlıqda təqsirli bilinir
Dekabrın 20-si Bakı Apellyasiya Məhkəməsində İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ilə əməkdaşlıqda təqsirli bilinən şəxslərin şikayətinə baxılıb.
“Media forum” saytı xəbər verir ki, təqsirləndirilən 22 nəfərdən 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr hökmündən şikayət verib: Kərimov Niyazi Əlövsət oğlu, Tağıyev Elman Ramiz oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Həşimov Bəhram Nazim oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Qasımov Rahim Müseyib oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Abbasov Əfqan Fərid oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudaq oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Zəkiyev Əbülfəz Əlikram oğlu, Bəşirov Əli Əli İsa oğlu, Nuriyev Gülhüseyn Əhmədağa oğlu, Fərəcov Asif Fərəc oğlu.
Niyazı Kərimovun vəkili Anar Qasımlı “Media forum” saytına açıqlamasında prosesin qapalı keçirildiyini və bugünkü prosesdə çıxış etdiyini deyib.
“Sepah” işinə hakim Əmir Bayramovun sədrlik etdiyi heyət baxır.
Apellyasiya şikayəti üzrə ilkin baxış dekabrın 11-də keçirilib.
22 nəfər bu il Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulublar. Onlar İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Sepah”la məxfi əməkdaşlıq etməkdə, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplamaqda təqsirli biliniblər.
İş Cinayət Məcəlləsinin 28. 214.2.1 (cinayətə hazırlıq; terrorçuluq; qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;), 28, 214.2.3 (cinayətə hazırlıq; terrorçuluq; odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;), 228. 2.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) və 274-cü (dövlətə xəyanət) maddələri ilə aparılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr hökmü ilə Niyazi Kərimov 13, Həmidağa Ələkbərov 13, Elman Tağıyev 13, Taleh Rəsulov 10, Rahim Qasımov 10, Məmmədtağı Zəkiyev 10, Nüsrət Cəlilov 10, Ceyhun Həbibov 10, Şahin Məmmədov 10, Mübariz Əliyev 10, Bəhram Qasımov 10, Araz Abbasov 10, Əfqan Abbasov 10, Mirələsgər Ağayev 10, Rövşən Zülfüqarov 10, Seymur Qasımov 10, Elçin Kərimov 10, Zahid Məmmədov 10, Gülhüseyn Nuriyev 5, Əbülfət Zəkiyev 3, Əli Bəşirov 3, Asəf Fərəcov 3 il müddətinə azadlıqdan məhrum edilib.