Almaniya Mounir Əl-Motassadeqi vətəni Mərakeşə deportasiya edib

Almaniya ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumunu hazırlayanlara yardım etməkdə təqsirli bilinərək həbs edilən şəxsi vətəni Mərakeşə deportasiya edib.

Almaniya rəsmiləri bazar ertəsi Mounir Əl-Motassadeqin Frankfurt hava limanında ciddi nəzarət altında ölkədən çıxarıldığını təsdiqləyib.

Əl-Motassadeq 15 illik həbs müddətinin başa çatmasından bir qədər əvvəl Mərakeşə deportasiya edilməyə razılaşması şərti ilə həbsdən buraxılıb.

O, təxminən 3000 insanın həlak olduğu 11 sentyabr hücumları ilə əlaqədar dünyada həbs edilən ilk şəxs idi.

Motassadeq 11 sentyabr hücumlarını planlaşdırmaqda əli olduğunu inkar edib. Lakin o, hücumu törədən şəxslərlə dost olduğunu etiraf edib.