21 sentyabr - Beynəlxalq Sülh Günü

Hər il sentyabrın 21-də dünyada Beynəlxalq Sülh Günü qeyd olunur. BMT Baş Assambleyası bu günü bütün ölkələr və xalqlar arasında sülh ideallarının möhkəmləmdirilməsi üçün təsis edib.

BMT-yə üzv ölkələr 2015-ci ildə 17 Davamlı İnkişaf Məqsədini qəbul edib. Bu məqsədlər olmadan dinc dünya qurmağın mümkün olmadığı bildirilir.

Hədəflərə yoxsulluq, aclıq, səhiyyə, təhsil, iqlim dəyişikliyi, gender bərabərliyi, su, sanitariya, enerji, ətraf mühit və sosial ədalət kimi məsələlər daxildir.

Bu ilin iyununda İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı Qlobal Sülh İndeksi son 10 ildə dünyada sülhsevərliyin heç vaxt indiki kimi pisləşmədiyini üzə çıxarmışdı.

Azərbaycan 163 müstəqil dövlət və ərazi üzrə 132-ci yeri tutur.