Seneqal İrandakı səfirini geri çağırıb

  • Amerikanın səsi

)

Seneqal qonşu Qambiyaya nəzərdə tutulan silah skandalından sonra İrandakı səfirini geri çağırıb.Seneqalın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, İranın silahlarla bağlı izahatı qanedici olmayıb və buna görə hökumət İrandakı səfərini məsləhləşmək üçün geri çağırır. Oktyabr ayınadək İranla Seneqal sıx diplomatik əlaqələrə malik idi. Nigeriyanın Laqos limanında İranın 13 silah konteyneri aşkar edildikdən sonra münasibətlərdə soyuqluq yaranıb. Tehran onların Qərbi Afrika ölkəsinə göndərildiyini bildirmişdi. Qambiyanın nəzərdə tutulduğu daha sonra məlum olmuşdu. Qambiya qalmaqaldan sonra İranla diplomatic əlaqələrini kəsmişdir.