Barak Obama federal rəsmilərlə qasırğaya hazırlıq işlərini müzakirə edib

Amerikanın şərq sahillərini təsirinə məruz qoyan Sendi qasırğası gələn həftə digər hava sisteminə qarışaraq, güclü tufan yaradacaq.

Hazırda Sendi tropik fırtına kateqoriyasından qasırğa kateqoriyasına çevriliərək, mərkəzindən 160 km-lik əraziyə yayılıb.

Sendi Florida ştatından Nyu İnqland ştatınadək milyonlara insanı təsirinə məruz qoyacaq. Paytaxt Vaşiqnton, Nyu York, Merilend və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.

ABŞ prezidenti Barak Obama federal rəsmilərlə qasırğaya hazırlıq işlərini müzakirə edib.

Saatda 120 km sürətlə irəliləyən Sendi Ohayo, Pensilvaniya və Virciniyada qar yağıntısına səbəb ola bilər.

Sendi iyunun 1-dən noyabrın 30-dək davam edən qasırğa mövsümünün 18-ci qasırğasıdır.