Amerikanın şərq sahillərini təsirinə məruz qoyan Sendi qasırğası gələn həftə digər hava sisteminə qarışaraq, güclü tufan yaradacaq.
Karib hövzəsində 28 adamın ölümünə səbəb olan qasırğa hazırda Bahama adalarında tüğyan edir.
İkinci kateqoriyadan birinciyə enməsinə baxmayaraq, saatda 130 km sürətlə irəliləyən Sendi Ohayo, Pensilvaniya və Virciniyada qar yağıntısına səbəb ola bilər.
Dünən Kubadan keçən qasırğa evlərə ciddi ziyan vurub, damları uçurub, 11 adamın ölümünə yol açıb. Haiti və Yamaykada 16 adam həlak olub.
Sendi iyunun 1-dən noyabrın 30-dək davam edən qasırğa mövsümünün 18-ci qasırğasıdır.