Senator Kruz narko-baronun müsadirə olunan pulları ilə divar tikilməsini təklif edir

Senator Ted Kruzun (R-Texas) irəli sürdüyü EL ÇAPO Aktı Prezident Trampın ABŞ-Meksika sərhədində divar tikməsinə yardımçı ola bilər.

Gizlədilmiş Vəsaitlərin Qanuni Toplanması ilə Nizam-İntizamı Bərpa Etmək (Ensuring Lawful Collection of Hidden Assets to Provide Order) adlanan qanun layihəsi Senator tərəfindən hələ 2017-ci ildə irəli sürlümüşdü.

14 milyard dollar cənub sərhədlərimizin mühafizəsini təmin etmək istiqamətində böyük əhəmiyyət kəsb edəcək.

Bu həftənin çərşənbə axşamı Konqresdə yenidən təqdim olunan layihə kartel liderlərindən müsadirə olunmuş milyardlarla dolların sərhəd təhlükəsizlyi məqsədləri üçün yönləndirilməsinə yol aça bilər.

Əgər qəbul olunarsa bu qanun Sinaola kartelinin rəhbəri Coakin “El Çapo” Quzmanın məhkum edilməsi nəticəsində müsadirə olunacaq vəsaitlərin ABŞ-Meksika sərhədində divar inşasına sərf olunmasına zəmin yaradır.

"14 milyard dollar cənub sərhədlərimizin mühafizəsini təmin etmək istiqamətində böyük əhəmiyyət kəsb edəcək və sərhəddə qeyri-qanuni narkotika, silah və insan qaçaqmalçılığının qarşısını alacaq," Kruz bəyan edib. "El Çapo və başqa qatil kriminalların müsadirə olunmuş pullarıdan yararlanaraq biz sərhəd mühafizəsin xərclənən pullara qənaət edə bilərik."

Coakin "El Çapo" Quzman 20 il boyu ABŞ-a külli miqdarda narkotika gətirilməsinə başçılıq edib.

Kruzun təqdim etdiyi qanunun tənqidçiləri müsadirə olunan pulların sərhəd mhüafizəsi üçün yetərli olmayacağını iddia edirlər.

Prezident Tramp çərşənbə günü ideyanı “maraqlı” adlandırıb.

“Ted (Kruz) nə edirsə maraqlı olur,” deyə ABŞ prezidenti bildirib.

Prezident Trampla Demokratlar arasında sərhəd divarı inşası üzərində fikir ayrılığı dekabrın sonunda hökumət qapanmasına - şatdauna səbəb olmuşdu. Bir ay çəkən şatdaun ABŞ tarixində indiyədək ən uzun hökumət qapantısı olub.