Senat ABŞ hökumətinin açılmasına dair razılığa gəldi

Razlıqda hökumətin yanvarın 15-nə qədər üç ay müddətinə maliyyələşdirilməsi və hökumətin borc limitinin fevralın 7-ə qədər artırılması nəzərdə tutulur
ABŞ-ın Senat liderləri federal hökumərin yenidən fəaliyyətini bərpa etməsi və dünya iqtisadiyyatına ziyan vuracaq iqtisadi defoltun qarşısını almaq üçün son dəqiqədə razılığa gələ bilib.

Senatda əksəriyyətdə olan demokratların lideri Herri Rid və azlığın lideri Mitç Makkonel (respublikaçı) bunu bu gün bəyan edib. Cənab Rid deyib ki, tərəflər ölkənin maliyyə böhranına düşməməsi üçün fikir ayrılıqlarını kənara qoyub.

Razlıqda hökumətin yanvarın 15-nə qədər üç ay müddətinə maliyyələşdirilməsi və hökumətin borc limitinin fevralın 7-ə qədər artırılması nəzərdə tutulur.

ABŞ hökuməti 16.7 trillion borc limitinin artırılmasına dair razılıq əldə edilməsə, hökumətin əlindəki 30 milyard dollarlıq nağd pulun dərhal olmasa da, bir neçə gün ərzində tükənəcəyini bildirib.

Pyu Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusundan məlum olub ki, amerikalıların yarıdan çoxu hökumətin borc alma imkanına malik olmasını dəstəkləyir.

1500 respondentin iştirak etdiyi sorğunun nəticələri onların 51 faizinin 16.7 trillion dollarlıq borc tavanaının yüksəldilməsinin təfərdarı olduğunu göstərib.